Şirkətin rəqəmsal kanallarda aktiv olması effektiv olmağı demək deyil. Doğru kanalın seçimi, büdcənin bölüşdürülməsi, auditoriyanın düzgün müəyyənləşdirilməsi və nəticələrin biznes məqsədləri ilə əlaqələndirilməsi vahid yanaşma tələb edir.
Xidmət çərçivəsində Google ADS, Meta ADS, SEO, Content Marketinq, Sosial Media Marketinqi, E-mail marketinq, Analitika və digər rəqəmsal kanalların biznes üçün rolu qiymətləndirilə bilər.
Xidmət zamanı:
- Rəqəmsal kanalların effektivliyi təhlil edilir
- Auditoriya və müştəri davranışı araşdırılır
- Kanal və büdcə prioritetləri müəyyənləşdirilir
- Kampaniya və kommunikasiya yanaşması formalaşdırılır
- Ölçülə bilən KPI-lar müəyyən edilir
- Mövcud rəqəmsal fəaliyyətin effektivliyi üçün tövsiyələr hazırlanır
- İcraya dəstək və nəzarət olunur.
