Marketinq audit şirkətin mövcud marketinq fəaliyyətinin sistemli şəkildə qiymətləndirilməsidir. Burada yalnız reklam nəticələrinə deyil, strategiyadan kommunikasiya və müştəri təcrübəsinə qədər marketinq ekosisteminin bütöv mənzərəsinə baxılır.
Audit nəticəsində:
- Mövcud marketinq fəaliyyətində əsas problemlər müəyyən edilir
- Effektiv və zəif işləyən kanallar ayrılır
- Rəqiblərlə müqayisədə imkanlar və boşluqlar ortaya çıxarılır
- Marketinq büdcəsinin daha effektiv istifadəsi üçün istiqamətlər müəyyənləşdirilir
- Qısa və uzunmüddətli inkişaf üçün prioritetlər hazırlanır.
Auditin məqsədi sadəcə səhvləri göstərmək deyil, şirkətin növbəti mərhələdə nə etməli olduğunu aydınlaşdırmaqdır.
