Müştəri təcrübəsi reklamla başlayıb satışla bitmir. Müştərinin şirkətlə keçirdiyi hər bir təmas - reklam, vebsayt, satış prosesi, çağrı mərkəzi, mağaza, çatdırılma və satışdan sonrakı xidmət - brend haqqında təsəvvür formalaşdırır.
Bu xidmət şirkətin müştəri ilə münasibətlərini və mövcud CRM yanaşmasını sistemli şəkildə təhlil etməyə və təkmilləşdirməyə yönəlib.
İş çərçivəsində:
- Müştəri journey və əsas touchpoint-lər təhlil edilir;
- Müştəri seqmentləri və davranışları araşdırılır;
- CRM proseslərindəki boşluqlar müəyyən edilir;
- Müştəri məlumatlarının istifadəsi və seqmentasiya imkanları qiymətləndirilir;
- Şikayət və feedback prosesləri analiz edilir;
- Müştəri təcrübəsinin yaxşılaşdırılması üçün yeni yanaşmalar hazırlanır;
- Müştərinin əldə edilməsindən loyallığa qədər olan proses optimallaşdırılır.
Məqsəd sadəcə “daha yaxşı xidmət” yaratmaq deyil. Müştəri təcrübəsini biznes nəticələrinə təsir edən və idarəolunan sistemə çevirməkdir.
